Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-04-2024 , 14:35

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Müqəddəs Ramazan bayramı münasibətilə Altıağac bələdiyyəsi öz sakinlərini təbrik edir! 

Bu müqəddəs gündə bələdiyyə ərazisində yaşayan şəhid ailələri, xəstə, əlil və aztəminatlı ailələr yad edildi və bayram münasibətilə hər bir ailəyə bayram sovqatları paylandı. Bələdiyyə tərəfindən belə sosial layihələr büdcə gəlirləri artdıqca davamlı şəkildə həyata keçirilməsi qarşıya məqsəd qoyulub. Ümumilikdə 3 şəhid və 17 xəstə, əlil və aztəminatlı ailəyə bayram sovqatları paylandı və hər bir ailə ilə fərdi şəkildə görüşlər keçirilib sakinləri maraqlandıran digər problemlərlə də bağlı müzakirələr aparıldı və problemlərlə bağlı müvafiq qeydlər olundu. Altıağac Bələdiyyəsi olaraq Azərbaycan xalqını bir daha Mübarək Ramazan bayramı münasibətilə təbrik edir və xalqımıza firavanlıq və əmin-amanlıq arzulayırıq!

Xızı rayonu Altıağac bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər